29 July 2026

Husilər Qırmızı dəniz tranzit haqları ilə İranın Hörmüz modelini gündəmə gətirirlər

Yəmən İnformasiya Naziri bildirib ki, kəşfiyyat məlumatları İİKK məsləhətçilərinin Bab əl-Məndəbdə husilər tərəfindən tətbiq edilən tranzit haqqı sisteminin dizaynında birbaşa iştirak etdiyini və bunun İranın Hörmüz boğazında haqq tələbi ilə eyni model olduğunu təsdiqləyib.

Yəmənin beynəlxalq səviyyədə tanınmış dövlət rəsmlərindən bir nazir çərşənbə günü bildirib ki, Husilər Qırmızı dənizdə Bab əl-Məndəbdən keçən gəmilərdən vergi toplamağı planlaşdırır.

CENTCOM: İran ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi həyata keçirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hücum ABŞ-ın Şərq sahili vaxtı ilə saat 17:45-də həyata keçirilib.

Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərdi

Azərbaycan Ukraynanın vacib infrastrukturunun bərpası üçün təxminən 40 tona yaxın avadanlıq çatdırıb.

Bu barədə Ukrayna Energetika Nazirliyi açıqlayıb.

"Ukrayna dəmir yolu işçilərinin işini gücləndirmək və vacib infrastrukturu dəstəkləmək üçün Azərbaycandan təxminən 40 tona yaxın avadanlıq regional dəmir yolu idarəsinə çatdırılıb", - deyə məlumatda bildirilib.

Müqtəda Sədr: Bu, bütün qonşu ölkələrə sülh çağırışımdır!

Sədr Hərəkatının Lideri Müqtəda Sədr çağırışında İranı İraqı (ABŞ bazalarını) bombalamağı dayandırmağa, İraq rəhbərliyini suverenliyi və təhlükəsizliyi təmin etməyə, silahlı qrupları Körfəzə bəhanə verməməyə, Ərəb ölkələrini isə İsraillə normallaşmadan, ABŞ-ın diqtəsi ilə əməliyyatlara qoşulmaqdan və xarici bazalardan uzaq durub sülhü seçməyə çağırıb.

Bəyanatda deyilir:

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.

45 kq çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə ABŞ təmsilçisi Raylen Vaksa məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayını 4-ə çatdırıb.

Beynəlxalq təşkilatlar həbsdəki beş qadın jurnalistin vəziyyəti ilə bağlı çağırış edib

İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi üzrə Observatoriya (OMCT-FIDH) və bəyanata qoşulan təşkilatlar Azərbaycanda həbsdə olan beş qadın jurnalistə qarşı pis rəftar, hədə-qorxu və zəruri tibbi yardımın göstərilməməsi barədə məlumatlardan ciddi narahatlıq ifadə ediblər.

Bəyanatda “Meydan TV işi” üzrə həbs edilən Aytac Tapdıq (Əhmədova), Ülviyyə Əli (Quliyeva), Aysel Ümüdova və Xəyalə Ağayeva, həmçinin “Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilmiş Nərgiz Absalamovanın vəziyyətindən bəhs olunur.

İran Omanın Hörmüz təklifini rədd edib

Tehran Omanın Hörmüz boğazında keçid marşrutlarının iki ölkə arasında bərabər bölünməsini nəzərdə tutan təklifini rədd edib. Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi iyulun 28-də İran dövlət televiziyasına müsahibəsində deyib.

Qəribabadinin sözlərinə görə, Omanın təklifinə əsasən, boğazdakı marşrutun 50 faizi İranın, digər 50 faizi isə boğazın cənub sahilində yerləşən Omanın nəzarətində olmalı idi.

ABŞ və Səudiyyə Ərəbistanı İraqın Kərbəla və Neynəva vilayətlərində yerləşən "Həşdi-Şabi bazalarına hava hücumu edib

İraqdakı yerli mənbələrin verdiyi məlumata görə, ölkənin Kərbəla və Neynəva vilayətlərində yerləşən "Həşdi-Şabi" (Xalq Səfərbərlik Qüvvələri) bazaları hava hücumlarına məruz qalıb.

Bu barədə SEPAH-ın rəsmi telegram kanalı məlumat yayıb.

Mənbələr bu əməliyyatların ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən həyata keçirildiyini bildirir.

Hücumlar nəticəsində ciddi dağıntıların olduğu vurğulanır.

İsrail İordan çayının qərb sahilində fələstinli qaçqınlar düşərgəsinin işğal edilməsini tələb edib

İsrail rejiminin müharibə naziri İordan çayının qərb sahilində fələstinli qaçqınlar düşərgəsinin işğal edilməsini tələb edib.

İsrail rejiminin müharibə naziri İordan çayının qərb sahilində hərbi əməliyyatların genişləndirilməsini vurğulayaraq, təxribatçı addım atıb və bu bölgədə daha bir fələstinli qaçqınlar düşərgəsinin işğalı üçün hazırlıqların görülməsi barədə rejimin ordusuna göstəriş verib.

Azərbaycanın yunan-Roma güləşçisi U-17 dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

Məlumata əsasən, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iranlı Rezai Hasana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Daha əvvəl Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc mükafata sahib çıxıblar.

SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb.

SEPAH-ın bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.

Bəyanatda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirdiyi qeyd olunub.

37-də bu amansızlıqları xalqımıza qarşı qeyri-azərbaycanlı müstəntiqlər, prokurorlar və hakimlər edirdi, indi isə "özümüzünkülər" edir

“’Toplum’çular onlara qarşı irəli sürülən, birinci sözündən sonuncu nöqtəsinə qədər saxtakarlıqdan ibarət olan ittihamı ilmə-ilmə sökdülər, ifşa etdilər, daşını daş üstə qoymadılar."