Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
80 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.
İsfahan Həsənov sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.













