11 July 2026

İmamcümə siyasətçilər tərəfindən dini dəyərlərlə bağlı səsləndirilən fikirlərə kəskin münasibət bildirib

Marneuli İmam Əli (ə) Məscidinin axundu və imamcümələrindən biri Hacı Hacıyev cümə xütbəsində son dövrlər sosial şəbəkələrdə və bəzi siyasətçilərin çıxışlarında dini şəxsiyyətlər və dini dəyərlərlə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Din xadimi çıxışında seçki dövrlərində siyasi qüvvələrin dini inanclardan istifadə etdiyini, lakin sonradan bəzi siyasətçilərin həmin dəyərlərə hörmətsiz yanaşdığını bildirib.

Qəzzada Kamal Ədvan xəstəxanasına İsrailin PUA hücumu gerçəkləşib

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimə məxsus “kvadrokopter” tipli pilotsuz uçuş aparatı Qəzza zolağının şimalında yerləşən Kamal Ədvan Xəstəxanasına partlayıcı qurğu atıb.

Nazirlik bildirib ki, hadisə nəticəsində xəstəxananın iki əməkdaşı yaralanıb. Məlumata əsasən, hücum “yaşıl zona” kimi göstərilən ərazidə baş verib.

Rusiyadan şok açıqlama: Ben Laden ABŞ-ın agenti idi

“Əl-Qaidə” terror təşkilatının öldürülmüş başçısı Usama bin Laden ABŞ-ın agenti olub. Bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev bəyan edib.

O bildirib ki, illər öncə Rusiyanın FTX-si ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ, CIA) bin Ladenin məhv edilməsi üçün birgə əməliyyat üzərində işləyirdi. Bu əməliyyat isə iki ölkə prezidentlərinin razılığı əsasında hazırlanırdı.

Ayətullah Müctəba Xamenei Ayətullah Seyid Əli Xameneinin və öldürülən digər iranlıların qisasının alınacağını bildirib

İranın Ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei sabiq Ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimi ilə bağlı müraciət yayıb.

Müctəba Xamenei müraciətində sabiq Ali liderin və bu iki müharibədə həlak olan digər iranlıların qisasının alınacağını bildirib.

Müctəba Xamenei bunun xalqın tələbi olduğunu vurğulayıb.

Avropanın ən qaranlıq səhifələrindən biri Srebrenitsa soyqırımının ildönümü qeyd edilir

20-ci əsrin sonunda Avropa bəşəriyyət tarixinin ən dəhşətli soyqırımlarından birinə şahid oldu. Yuqoslaviyanın dağılması ilə başlayan siyasi böhran tez bir zamanda etnik və dini müharibəyə çevrildi.

1992-ci ildə Bosniya və Herseqovinanın müstəqillik elan edilməsindən sonra ölkədə bosniyalılar, serblər və xorvatlar arasında münaqişələr başladı. Bosniyadakı müharibənin əsas məqsədlərindən biri Bosniya müsəlmanlarının yaşadığı əraziləri ələ keçirmək və bu bölgələrdə demoqrafik strukturu dəyişdirmək idi.

"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında iki məhbusdan müsahibə alıb.

Hər iki məhbus ayrı-ayrılıqda "Bandotdel" kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılıblar. Onlar narkotik maddə satışında ittiham edilsələr də, şərləndiklərini və yalançı ifadəyə imza atmaq üçün işgəncəyə məruz qaldıqlarını və ya təhdid edildiklərini deyirlər.

Vaşinqtondan Ər-Riyada kritik zənglər: Tramp və Rubio Səudiyyə rəhbərliyi ilə nə danışıb?

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA xəbər verir ki, onlar Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin gedişatını, eləcə də regionda dəniz təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Seyid Əli Xomeyni: ABŞ ilə sülh danışıqları aparmaq istəyən hər kəs xaindir

Düşmənlərin çirkli gözləri və yumruqları İslam Respublikasına yönəlsə də, xalqa söykənən və ölkəni qorumaq üçün küçələrə çıxanlar buna əməli cavabdır. Bunlar ölkənizi qoruyan və "Amerikaya ölüm", "İsrailə ölüm" fəryadları hər kəsin qulaqlarını kar edən insanlardır.

Rusiya ordusunun Kiyevə zərbə endirməsi nəticəsində 10 nəfər yaralanıb

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib.

Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 10 nəfərin yaralandığını, onların arasında 11 yaşlı uşağın da olduğunu açıqlayıb.

Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.