23 May 2026

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3123 nəfərə çatıb

İsrail ordusunun Livanın cənub və şərqində keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 12 nəfər ölüb, 109 nəfər yaralanıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri ölən mülki şəxslərin ümumi sayı 3123 nəfərə, yaralılar isə 9506 nəfərə çatıb", - məlumatda deyilir.

Mümkün hücumun ağır nəticələri olacaq

Tehranın müvəqqəti Cümə Namazı İmamı Höccətül-İslam Məhəmməd Cavad Əliəkbəri İran silahlı qüvvələrinin əvvəlkindən daha hazırlıqlı olduğunu bildirərək, mümkün hücum və ya səhv addımın ağır nəticələrə səbəb olacağını əlavə edib.

Cümə xütbəsində Höccətül-İslam Məhəmməd Cavad Əliəkbəri ölkəyə tətbiq edilən sanksiyalar, iqtisadi blokada və düşmənlərin apardığı idrak müharibəsinə toxunaraq deyib:

Əraqçi: Livanda atəşkəs istənilən razılaşmanın əsas şərtidir

İranın xarici işlər naziri Abbas Əraqçi Livanda atəşkəs məsələsinin istənilən mümkün razılaşma ilə əlaqələndirilməsinin Tehran üçün əsas və dəyişməz prinsip olduğunu bildirib.

Əraqçinin açıqlaması Livanın Hizbullah təşkilatının baş katibi Şeyx Nəim Qasimə ünvanladığı mesajda yer alıb. Mesajda İranın regional proseslərə münasibəti və davam edən diplomatik təmaslarla bağlı mövqeyi ifadə olunub.

Çində mədəndə partlayış: 90 nəfər həyatını itirdi

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 90 nəfər ölüb. Yaralananlar var və vəziyyəti ağır olanlar ölüm sayının artma ehtimalını ortaya qoyur.

Bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Bildirilib ki, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

İranın nəzarəti ilə bir gündə Hörmüz boğazından 35 kommersiya gəmisi keçib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində qüvvələri ilə koordinasiyalı şəkildə neft tankerləri, konteyner gəmiləri və kommersiya gəmiləri də daxil olmaqla 35 gəminin Hörmüz boğazından keçdiyini açıqlayıb.

Atəşkəs prosesi davam etsə də, kommersiya gəmilərinin Hörmüz boğazından keçməsi davam edir. Rəqəmlər İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri tərəfindən gündəlik olaraq təqdim olunur.

Səudiyyə Ərəbistanına 1,5 milyondan artıq zəvvar gəlib

Səudiyyə Ərəbistanı Pasport İdarəsinin Baş Direktoru General Saleh əl-Murabba bildirib ki, bu günə qədər Hacc ibadətini yerinə yetirmək üçün ölkəyə gələnlərin sayı 1,5 milyonu keçib.

Murabba qeyd edib ki, bu şəxslərin 1,4 milyondan çoxu hava yolu ilə, təxminən 45 min nəfəri isə quru yolu ilə, və 6 mindən çoxu dəniz yolu ilə ölkəyə daxil olub.

CHP-nin qurultayı ilə bağlı əməliyyat - Saxlanılanlar var

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat həyata keçirilib.

“TRT Haber” xəbər verir ki, əməliyyat İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyanı əhatə edib.

Əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarış aparılıb və bəzi materiallar götürülüb.

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.

Final matçı Antalyada keçirilib.

Həlledici görüşdə "Trabzonspor" "Konyaspor"la qarşılaşıb. Hesab ilk yarıda açılıb. Qara Dəniz təmsilçisi Paul Onuaçunun qolu ilə önə keçib.

İkinci hissədə Cekson Muleka hesabı bərabərləşdirib. Oyunun gedişində Onuaçu dubl müəllifi olub.

Bununla da, "Trabzonspor" ölkə kubokunun qalibi adına sahib çıxıb.