İran ətrafındakı münaqişənin başlanmasından bəri Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb
Neftlə yüklənmiş tanker İran ətrafındakı münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Azərbaycandan Yaponiyaya çatıb. Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
TASS xəbər verir ki, nefti ölkənin ən iri yanacaqdoldurma məntəqələri operatorlarından biri olan yerli neft emalı şirkəti “ENEOS” alıb.













