25 April 2026

Avropa Məhkəməsi 'Siyəzən məhbusları'na görə Azərbaycan hökumətinə sorğu göndərib

Siyəzən rayonunda sosial tələblərlə keçirilmiş etiraz aksiyası və ardınca həyata keçirilən həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə rəsmi sorğu göndərib. Siyəzən olaylarına görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş dörd nəfərin – Nizami Qəniyev, Zaur Şəkərov, Müslüm Əzimov və Coşqun Bəğişovun şikayəti üzrə məhkəmə ilə kommunikasiya başlayıb.

Azərbaycanı İsrail idarə edirmi? – DTX-ın terror əməliyyatında MOSSAD, Shin Bet və IDF-in iştirakı sualları gücləndirir

Daxili və xarici mətbuatda zaman-zaman Azərbaycanın sionist İsrail tərəfindən idarə edilməsi ilə bağlı yazılar dərc olunub. Hətta bəzi bloggerlərin əsaslandırmağa çalışdığı bu fikirlər geniş təhlil edilsə də, ümumi rəyə təsir göstərən “İsrail dostluğu” anlayışı bu düşüncəni ikinci plana atıb. Lakin son günlər İsrailin MOSSAD-ının iştirakı ilə aparıldığı iddia edilən əməliyyat xəbərləri geniş rezonans doğurub.

Ukraynada gecə hücumları nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiya qüvvələri gecə boyu Ukraynanın Dnepr və digər şəhərlərinə kütləvi hücum edib.

Unian-ın məlumatına görə, hazırda 4 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilir. Yaşayış binasına edilən zərbə yerində xilasetmə əməliyyatları davam edir və dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.

ABŞ-dan Çinə zərbə: Neftə görə sanksiya

ABŞ administrasiyası Çinlə bağlı yeni iqtisadi məhdudiyyətlər tətbiq edib. Donald Trump rəhbərliyindəki hökumət Çində fəaliyyət göstərən müstəqil neft emalı zavodunu İran nefti aldığı iddiası ilə sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada Hengli Petrochemical şirkətinin İranla böyük həcmdə neft ticarəti apardığı bildirilib. Rəsmi mövqeyə görə, bu fəaliyyət milyardlarla dollar dəyərində olub.

"Real Madrid" xal itirdi

İspaniya La Liqasının 32-ci turunda "Real Madrid" səfərdə "Betis"lə 1:1 hesablı heç-heçə edib.

Oyun Sevilyadakı "La Kartuxa" stadionunda reallaşıb.

Bununla da 32 turdan sonra "Real Madrid" 74 xalla 2-ci, "Betis" isə 50 xalla 5-ci pillədə qərarlaşıb.

Qəzzada qətliam davam edir: Xan Yunisdə 8 nəfər şəhid oldu

Qəzza zolağının cənubunda yerləşən Xan Yunis bölgəsində sionist işğalçı ordu qüvvələrinin həyata keçirdiyi hava hücumu nəticəsində azı 8 nəfər şəhid olub. Hücumun polisə məxsus avtomobili hədəf aldığı bildirilir.

Hadisə “Məvasi” ərazisində, “Bir 19” kimi tanınan nöqtədə qeydə alınıb. Yerli mənbələr hücumun birbaşa təhlükəsizlik qüvvələrinə qarşı yönəldiyini qeyd edir.

Hücum yalnız Xan Yunislə məhdudlaşmayıb. Sionist rejim qüvvələri: