Əl-Əzhərdən İsrailə: Tarixi təhrif etmək həqiqəti dəyişdirmir
Əl-Əzhər İsrailin İbrahimi məscidindəki hərəkətlərini tənqid edərək, bayraqların asılmasının və Davud ulduzunun qoyulmasının onun İslam kimliyini dəyişdirməyəcəyini bildirib.
Əl-Əzhər bazar günü gecəsi "işğalçı qüvvələrin Xevrondakı İbrahimi məscidinə qarşı qanun pozuntularını; bu tarixi məkanın Davud ulduzu ilə işıqlandırılmasını, divarlarına işğalçı rejim bayraqlarının asılmasını və Yaqubun məzarına Talmud və siyasi ifadələr olan örtüyün qoyulmasını" qınayan bir bəyanat yayıb.













