19 April 2026

İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib

İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

İran tərəfi bildirib ki, danışıqların ikinci mərhələsində iştirak etməməsi Vaşinqtonun həddindən artıq çox olan tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki daimi dəyişikliklər, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması sayılan davam edən dəniz blokadasından qaynaqlanır.

“İnsanlar üçün ən gözəl nümunə - Məhəmməd Peyğəmbər (s)” mövzusunda konfrans keçirilib

Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Gənclərinə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə Batumi şəhərində “İnsanlar üçün ən gözəl nümunə - Məhəmməd Peyğəmbər (s)” mövzusunda konfrans keçirilib.

Qəzza: 24 saatda 7 şəhid, atəşkəs yenə pozuldu

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində xəstəxanalara 7 nəfərin cəsədinin və 24 yaralının gətirildiyini açıqlayıb.

Məlumata görə, bu itkilər sionist rejim ordusunun davam edən hücumları nəticəsində baş verib. Eyni zamanda, bölgədə atəşkəsin artıq 191 gündür pozulduğu bildirilib.

Açıqlamada qeyd olunur ki, Rəfah şəhərinin şimalında bir nəfər rejim ordusunun atəşi nəticəsində şəhid olub.

Azərbaycan cüdoçusu yarımfinalda

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu 1/4 finalda macarıstanlı Zsombor Veqə qalib gəlib.

Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) yarışı mükafatsız başa vurublar.

“Yalnız bu ilin gəlişi ilə həbs olunan inanclıların sayı 200-dən artıq olub”

Hüquq müdafiəçisi Arif Yunus İran-Amerika,İsrail arasında baş verən müharibənin Azərbaycanda yaratdığı təsirlərini araşdırarkən bildirib ki, 2026-cı ilin gəlişi ilə ölkədə şiə inanclılarının həbs rəqəmi 200-ü ötüb. “Mənim əlimdə olan faktlara əsasən yeni ilin gəlişindən bu tərəfə həbs olunan şiə inanclılarının sayı 220-nəfərdən çoxdur. Bu mənə bəlli olan rəqəmdir. Ola bilər ki, saylar bundan da çox olsun.”

Tbilisidə Xanım Məsumənin (s.ə) mövluduna həsr olunmuş seminar keçirilib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə Tbilisi şəhərindəki "Alul-beyt" mərkəzində Xanım Məsumənin (s.ə) mübarək mövludu münasibətilə maarifləndirici seminar keçirilib.

Tədbir Leyli Qurbanovanın Qurani-Kərimdən bir neçə ayəni bəlağətlə tilavət etməsi ilə başlayıb.

Livanda iki İsrail əsgəri Hizbullah tərəfindən məhv edilib

Sionist rejim ordusu Cənubi Livan ərazisində əvvəlcədən Hizbullah tərəfindən yerləşdirilmiş bombanın partlayışı nəticəsində daha bir hərbçinin məhv edildiyini təsdiqləyib.

Rəsmi açıqlamaya görə, məhv edilən şəxs serjant Lidor Boratdır. O, hərbi əməliyyat zamanı partlayıcı qurğunun partlaması nəticəsində məhv edilib. Hadisə zamanı daha 9 sionist hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

İranın Ali lideri: ABŞ-İsrailin zəiflik və acizliyini dünyaya göstərdik

Ordu xalqın evlərindən doğan millətin övladı kimidir“.

Bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Müctəba Xamenei bəyan edib.

O bildirib ki, İslam Respublikasının Ordusu “ABŞ-ın, Pəhləvi rejiminin davamçılarının və İranı parçalamaq istəyən separatçıların məkrli planlarına qarşı çıxaraq tarix yazdı“.

Qalibaf: ABŞ “mühasirəni” dayandırmasa, Hörmüz boğazında hərəkət məhdudlaşdırılacaq

İran parlamentinin spikeri və ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ın “mühasirə” siyasətini davam etdirəcəyi təqdirdə Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılacağını bəyan edib.

Qalibaf İran dövlət televiziyasına müsahibəsində ölkəsinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.