15 April 2026

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib.

İspaniya təmsilçilərindən "Barselona” "Atletiko Madrid"in qonağı olub. Kataloniya təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazansa da, ilk matçdakı məğlubiyyətə görə turnirdə mübarizəni dayandırıb. Madrid klubu isə adını yarımfinala yazdırıb.

Hizbullah İsrail qüvvələrinə zərbələr endirdi

Livanın cənubundan işğal altındakı ərazilərə doğru raket atəşi həyata keçirilib. Məlumata görə, cəmi 3 dəqiqə ərzində 20-dən çox raket buraxılıb.

Bu barədə sionist rejim ordusunun radiosu məlumat yayıb.

Raket hücumları nəticəsində bir sıra işğalçı məntəqələrində hava həyəcanı siqnalları səslənib. Sirenlərin çalındığı ərazilər arasında Kiryat Şmona və ətrafı, Doviv, Miskav Am, həmçinin Akka və Nahariya şəhərləri də yer alır.

On yeddi ölkə İsrailin Livana qarşı intensiv hücumlarını pislədi

İsrail və Livan arasında artan gərginliklə bağlı on yeddi ölkə birgə bəyanat yayıb.

Bəyanatda İsrailin Livana qarşı intensiv hücumları pislənir və Livanın Yaxın Şərqdəki gərginliyin azaldılması prosesinə daxil edilməsinə çağırış edilir.

Sənəd Avstraliya, Belçika, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sloveniya, İspaniya, İsveç və Birləşmiş Krallığın xarici işlər nazirləri tərəfindən imzalanıb.

Rusiya AZAL-ın təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək

Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Ayətullah Sistani 70 min livanlı ailəyə maliyyə yardımı edib

Ayətullah Sistani tərəfindən müharibədən ziyan çəkən 70 min livanlı ailəyə maliyyə yardımı edilib.

Ayətullah Sistaninin Livandakı ofisi təqlid müctəhidinin təxminən 70 min livanlı qaçqın ailəsinə maliyyə yardımı ayırdığını bildirib və açıqlayıb ki, bu yardımlar cümə günündən etibarən başlanacaqdır.

Yardım 4 nəfərlik ailələrə 200 dollar (340 Azn), 4 nəfərdən çox ailələrə 300 dollar (510 Azn) birdəfəlik yardım verəcək.

İran ABŞ-ı Fars və Oman körfəzlərində, eləcə də Qırmızı dənizdə ticarətə icazə verməyəcəyi ilə hədələyib

ABŞ blokadanı davam etdirmək istəsə, İran Fars və Oman körfəzlərində, eləcə də Qırmızı dənizdə heç bir ixracat və idxalata icazə verməyəcək.

Bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı məlumat yayıb.

Bildirilib ki, əgər ABŞ dəniz blokadasını davam etdirsə, İranın ticarət gəmiləri və neft tankerləri üçün təhlükəsizlik problemi yaratsa, bu addım atəşkəsin pozulmasının başlanğıcı hesab olunacaq.

İtaliya İsrailin arasında hərbi əməkdaşlıq dayandırılıb

İtaliya hökuməti Livanda BMT sülhməramlı karvanı ilə bağlı hadisələrə və İsrailin Hizbullaha qarşı əməliyyatlarında Livan mülki şəxslərinin hədəf alınmasına cavab olaraq İsraillə müdafiə müqaviləsini dondurub.

İtaliyanın Baş naziri Giorgia Meloni çərşənbə axşamı İsrail ilə müdafiə müqaviləsinin avtomatik yenilənməsi prosesinin dayandırıldığını açıqlayıb. Bu müqaviləyə hərbi texnika və texnologiya tədqiqatlarının mübadiləsi də daxil idi.

İran ərəb ölkələrindən də təzminat tələb edir

İran ABŞ və İsrailin başlatdığı müharibədə iştiraklarına görə ABŞ və İsraillə yanaşı, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan kompensasiya tələb edir.

Bu barədə İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin məktubunda bildirilir.

O, müvafiq məktubu BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının sədrinə göndərib.

Düşmənsiz yaşaya bilməyən İsrail indi də Türkiyəni düşmən kimi göstərməyə çalışır

İsrail “düşmənsiz yaşaya bilmir” və indi Türkiyəni düşmən kimi göstərməyə çalışır. Bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, “təkcə Netanyahunun administrasiyası deyil, müxalifətdəki bəzi fiqurlar da Türkiyəni yeni düşmən elan etməyə çalışır”.

Kanadada 61% əhali İsrailə nifrət edir

 “Leger” araşdırma şirkətinin apardığı son sorğu Kanadada İsrailə münasibətin ciddi şəkildə dəyişdiyini göstərib. “Postmedia” şəbəkəsinin sifarişi ilə keçirilən araşdırmada iştirak edənlərin yalnız 22 faizi İsrailə müsbət yanaşdığını bildirib.

Buna qarşılıq respondentlərin 61 faizi İsrailə mənfi münasibət bəslədiyini qeyd edib. Bu göstərici son illərdə ən aşağı dəstək səviyyələrindən biri kimi qiymətləndirilir.

Livan və İsrail birbaşa danışıqlara başlamağa razılaşıb

Livan və İsrail birbaşa ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəlib.

"Lebanon 24" xəbər verir ki, bu barədə Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad ABŞ Dövlət Departamentində keçirilən ilkin məsləhətləşmələrdən sonra bildirib.

Onun sözlərinə görə, tərəflər məhsuldar müzakirələr aparıb və birbaşa danışıqlara keçid üçün zəruri addımları müzakirə ediblər.

Növbəti görüşün tarixi və yeri daha sonra açıqlanacaq.

Tofiq Yaqublu cəzaçəkmə müəssisəsinə köçürülüb

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə onun qızı Nigar Həzi sosial media hesabında xəbər verib.

Onun sözlərinə görə, atası telefon danışığında aprelin 13-də cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib.

T.Yaqublu indiyədək Bakı İstintaq Təcridxanasında saxlanılırdı.