Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Misli Premyer Liqasında XXIV tura start verilib.
Günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.
Bakıdakı "Liv Bona Dea Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqlarda Kayl Spens 51-ci dəqiqədə adını tabloya yazdırıb.













