10 May 2024

“Yoxlama gəlsə de ki, yıxılmısan, üzün şkafın küncünə dəyərək əzilib”

Pilləli korrupsiya faktları bu gün bir çox cinayətlərin görünmədən ört-basdır edilməsi ilə nəticələnir. Aşağı səviyyəli məmurların öz vəzifə eybəcərliklərinə yumulacaq gözləri veriləcək rüşvət məbləğləri ilə örtməsi bu gün onların rahat qanuna zidd əməllərinə yol açır. Kiçik məmur, idarəçiliyində olan rəhbərliyinə, rəhbərliyin nəznində çalışdığı nazirə nazir isə...

Aİ nümayəndəsi: Qəzzada hərəkətə keçmək üçün 50 min insanın ölməsini gözləyirikmi?

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "İsrail yalnız bombaları bitəndə bomba atmağı dayandıracaq" deyib.

Ölkə mətbuatında çıxan xəbərlərə görə, Borrell paytaxt Madriddə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşündən əvvəl mətbuata açıqlama verib.

Keçmiş rektora qətl sifarişi suçundan 14 il 6 ay həbs cəzası verildi

Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun icraçı direktoru, Təfəkkür Universitetinin keçmiş rektoru Müşfiq Atakişiyev 14 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

İqtisad elmləri namizədi olan 58 yaşlı M.Atakişiyev 13 il öncə "Təfəkkür"ün prorektoru Tariyel Əhmədovun qətlinə sifariş verməkdə təqsirli bilinib.

Yəməndə milyonlarla insan "Qələbəyə qədər Qəzzanı dəstəkləyirik" şüarı ilə Fələstinə dəstək yürüşü keçirib

Bu gün milyonlarla yəmənli Səna şəhərində "Münaqişəyə qarşı münaqişə... Qələbəyə qədər Fələstinin yanındayıq" şüarı ilə Fələstin xalqına dəstək yürüşü keçirib.

Yəmənin müxtəlif şəhər və bölgələrində keçirilən 22 yürüşdən əlavə, Səna şəhərinin Məvalid ən-Nəbi meydanına böyük yürüş keçirilib. Yürüş iştirakçıları Yəmən və Fələstin bayraqlarını açıb, Amerikanın regionda və dünyada yürütdüyü təkəbbürlü siyasətinə qarşı şüarlar səsləndirib, Amerika və İsrail məhsullarını boykot etməyə çağırıblar.

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşüb

Mayın 10-da ABŞ səfiri Mark Libbi bu günlərdə ev dustaqlığına buraxılan iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə görüşüb.

“Səfir Libbi doktor Qubad İbadoğlu ilə ev dustaqlığına buraxıldıqdan sonra görüşüb. Birləşmiş Ştatlar cənab İbadoğlunun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayır. Onun tezliklə tam azadlığa buraxılması üçün çağırışlar etməyi davam edəcək”, ABŞ səfirliynin X platformasında qeyd edilir.

Çinin idxalında böyük artım: Bazarlar sevinir

Aprel ayında Çinin ixracının həcmi illik müqayisədə 1,5 faiz artaraq 292,45 milyard dollar təşkil edib.
 

Bu barədə Çin Baş Gömrük İdarəsi məlumat açıqlayıb.
Məlumata əsasən apreldə Çinin idxalı 8,4 faiz artaraq 220,1 milyard dollara çatıb.

"Trading Economics" analitikləri orta hesabla ixracın 1 faiz, idxalın isə 5,4 faiz artacağını gözləyirdilər.
Mart ayında Çin ixracı 7,5 faiz, idxalı isə 1,9 faiz azalmışdı.

Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var

Gürcüstanda kortəbii etiraz aksiyasında bir neçə nəfər saxlanılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Mtavari Arkhi" telekanalı məlumat yayıb. 

Qeyd olunur ki, vəziyyət müxalifətçi bloger Uça Abaşidzenin qanunsuz silah saxladığına görə həbsindən sonra yaranıb. Onun tərəfdarları Çavçavadze prospektini bağlamağa cəhd ediblər.  

İraq müqavimət qüvvələri İsrail ordusunun bazasına zərbə endirib

İraq İslami Müqaviməti bu gün (cümə axşamı) işğal altındakı Fələstinin cənubunda sionist rejim ordusunun bazasına pilotsuz təyyarə ilə zərbə endirdiyini xəbər verib.

İraqın İslami Müqaviməti bununla bağlı yaydığı bəyanatda bildirib: “Bu gün səhər saatlarında sionist düşmənin “Beer Səb”dəki Nevatim bazasını hədəfə aldıq.

Bəyanata əsasən, bu hücum bir neçə silahlı dron tərəfindən dəqiq şəkildə həyata keçirilib.

İŞİD tərkibində döyüşən azərbaycanlı qohumlara hökm oxunub

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və onun əmisi oğlu Mircavad Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Keşiş Qalstanyan Paşinyana istefa ultimatumu verib

Yerevanda keçirilən izdihamlı mitinqdə Erməni Kilsəsinin Tavuş rayonu dyakonluğunun arxiyepiskopu Baqrat Qalstanyan Azərbaycanla sərhəd razılaşması əldə etdiyinə görə baş nazir Nikol Paşinyanı və onun hökumətini istefa verməyə çağırıb.

Bir neçə gün bundan əvvəl bir neçə yüz etirazçı ilə Tavuşdan yürüşə başlayan Qalstanyan mayın 9-da Yerevanın əsas meydanında keçirilən mitinqdə çıxış edib.