02 March 2023

Səbuhi Səlimov məhkəmə iclasında haqqın rəhmətinə qovuşub

Qarabağ Qazisi Səbuhi Səlimov bu gün Bakı Apellyasiya Məhkəməsinin Apelliyasiya iclasında dünyasını dəyişib. Hakim Həsən Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlamasına etiraz edən Səlimov, bütün məhkəmə iclasını sifarişli adlandırıb. O, hakimiyyətin onu şərlədiyini deyərək öz narahatlığını etirazı ilə ifadə edib. Ötən gün dayandırıldığı deyilən 50-gündən artıq sürən aclığın səhhətində buraxdığı fəsadlar məhkəmə salonunda şiddətlənib. İlkin məlumata görə məhkəmə salonunda ürək tutması da bu səbəbdən baş verib.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan işlər üzrə 4 qərarı elan edib

Operativtv.com Turana istinadən xəbər verir ki, martın 2-də  Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan ərizələr üzrə 4 yekun qərarı elan edib. Bu barədə Turan-a Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

“Orxan Əyyubzadə Azərbaycana qarşı” işində ərizəçi Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci (azadlıq və təhlükəsizlik hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri)  maddələrilə hüquqlarının pozulduğunu bildirib.

EHLADER Hacı Şahinin vəfatı ilə bağlı başsağlığı verib

“Əhli-Beyt Alimlər Dərnəyi” (EHLADER) Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, başsağlığı mesajında bildirilib:

“Azərbaycanın yetişdirdiyi dəyərli Əhli-Beyt alimlərindən Hacı Şahin Həsənlinin səhərin ilk saatlarında vəfat etdiyini öyrəndik.

Prokurorluq Hacı Şahinin ölümü ilə bağlı araşdırma başladı

Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Çoxsaylı yaranan suallar, səhhətində problem olmasına baxmayaraq xəstəxana şəraitində müalicə almadan evə buraxılmaq bu işdə yaranan şübhələrdəndir.

Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

İsraildə etiraz aksiyası zamanı Netanyahunun həyat yoldaşı bərbərdə ilişib qalıb

İsraildə baş nazir Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu hökumətin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qaydalarına etiraz zamanı ilişib qaldığı bərbərdən, polisin nümayişçiləri qovmaq üçün güc tətbiq etməsindən sonra çıxa bilib.

İsraildə etirazçılara güc tətbiq edilib

İsraildə Netanyahu hökumətinin məhkəmə qaydalarına qarşı kütləvi nümayişlər gecə saatlarında paytaxt Təl-Əvivdə davam edib. Təl-Əvivdəki etirazlar zamanı İsrail polisi dəyənək və səs bombaları ilə nümayişçilərə müdaxilə edib. Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir "İsrail polisinin yolları bağlayan anarxistləri dağıtmaq üçün istifadə etdiyi istənilən üsulu" dəstəklədiyini bildirib.

"Arsenal" "Everton"a 4 qol vurdu

İngiltərə Premyer Liqasının növbəti oyununda "Arsenal" və "Everton" qarşılaşıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, meydan sahibi "Everton"u 4:0 hesabı ilə məğlub edib.

Oyunda qolları Saka 40, Martinelli 45+1 və 80, Odegaard 71-ci dəqiqədə vurub. 

Bununla da "Arsenal" ardıcıl 3-cü qələbəsini qazanıb.

İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlandı

Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Operativtv.com bu barədə Unikala istinadən Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Xanım Zeynəbi Kübra (s.ə) Göz Klinikasından mövludlarla bağlı kampaniya

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (s.ə) ziyarətgahına bağlı Xanım Zeynəbi Kübra (s.ə) Göz Klinikasından Şaban ayındakı mübarək mövludlarla bağlı kampaniya başladılıb.

Məlumata görə, kampaniyaya göz xəstəliklərilə bağlı 19 müayinə və müalicə daxildir.

Xəstələrə bir çox müayinə və müalicə pulsuz, həmçinin endirimli qiymətlərlə təqdim olunur.

“Livanı xilas etməyin yeganə yolu prezident seçməkdir”

Livan Hizbullah Hərəkatının baş katibinin müavini deyib ki, bu ölkədə böhrandan yeganə çıxış yolu prezident seçməkdir.

Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim vurğuladı ki, Livanı xilas etməyin yeganə yolu prezident seçməkdir ki, hökumətin qurulması üçün əlavə addımlar atılsın və bu hökumət hərtərəfli xilasetmə planını həyata keçirə bilsin.

“Türkiyə İran və Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etmir”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü G20 sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Ankaranın yalnız BMT-nin təsdiq etdiyi sanksiyaları dəstəklədiyini və birtərəfli qaydada tətbiq olunan sanksiyaları qəbul etməyəcəyini vurğulayıb.

İsrail rejimi fələstinlilərin edamını təklif edən qanunu qəbul edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejimi fələstinlilər üçün "edam variantını" həyata keçirmək üçün qanun qəbul edir. Rejimin “terrorçu” olmaqda ittiham etdiyi fələstinlilərin ölüm cəzasını nəzərdə tutan qanun layihəsi bu rejimin parlamenti olan Knessetdə ilk səsvermədən keçib.

İlahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişdi

Məşəd Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. İlahiyyatçının səhər 5 radələrində ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir. Hal-hazırda ilahiyyatçı ilə vida mərasimi keçirilir. Mərasim onun ruhani olduğu Məşhəd Dadaş məscidində təşkil olunub. Dəfnin saat 16:00-da keçiriləcəyi bildirilir.