İlahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişdi

Məşəd Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. İlahiyyatçının səhər 5 radələrində ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir. Hal-hazırda ilahiyyatçı ilə vida mərasimi keçirilir. Mərasim onun ruhani olduğu Məşhəd Dadaş məscidində təşkil olunub. Dəfnin saat 16:00-da keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşlı Hacı Şahin "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda QMN-in Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Allah rəhmət eləsin.