İsraildə etirazçılara güc tətbiq edilib

İsraildə Netanyahu hökumətinin məhkəmə qaydalarına qarşı kütləvi nümayişlər gecə saatlarında paytaxt Təl-Əvivdə davam edib. Təl-Əvivdəki etirazlar zamanı İsrail polisi dəyənək və səs bombaları ilə nümayişçilərə müdaxilə edib. Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir "İsrail polisinin yolları bağlayan anarxistləri dağıtmaq üçün istifadə etdiyi istənilən üsulu" dəstəklədiyini bildirib.

Netanyahu həmçinin etiraz etmək hüququnun “anarxiya yaratmaq demək olmadığını” ifadə edərək, “Polis əməkdaşlarına qarşı zorakılığı, yolların bağlanmasını, qanun pozuntularını qəbul etməyəcəyik” - deyib. İsrail polisi ölkə daxilində ən azı 39 nəfərin saxlanıldığını açıqlayıb.

İsraildə təxminən iki aydır ki, Netanyahu hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran və hakim təyinatlarında söz sahibi olmaq səlahiyyətini nəzərdə tutan məhkəmə qaydasına qarşı on minlərlə sağçı israillinin iştirakı ilə müntəzəm kütləvi etirazlar keçirilir.