07 January 2023

Fransada ifadə azadlığı: Anti-İslam sərbəst, Holokost inkarı cəza

Holokostla bağlı hər hansı araşdırmaya qarşı çıxan Fransa administrasiyasının səlahiyyətliləri bu yaxınlarda bir daha "İfadə azadlığı" nümunəsi kimi Charlie Hebdo jurnalının son iyrənc hərəkətini nümayiş etdirdilər. Fransanın xarici işlər naziri Ketrin Kolonna “Charlie Hebdo” jurnalının İslam dünyası və İranın dini və siyasi hakimiyyətini təhqir etməsinə İranın reaksiyasına cavab olaraq bunları irəli sürüb: "Unutmayın, Fransada İrandan fərqli olaraq ifadə azadlığı var və ona müstəqil məhkəmə sistemi çərçivəsində hakim nəzarət edir.

BOTAŞ: İrandan qaz nəqli 70 faiz azalıb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Pipelines and Petrol Transport AŞ (BOTAŞ) bildirib ki, Gürbulak-Ağrı giriş məntəqəsindən Türkiyəyə verilən təbii qaz İranın elektrik ötürücü şəbəkəsində yaranan nasazlıq səbəbindən yanvarın 1-nə 70 faiz azalıb. BOTAŞ-ın saytındakı elanda nasazlığın qısa müddətdə aradan qaldırılması üçün danışıqların davam etdiyi bildirilib. Bəyanatda qeyd olunub:

"Rusiya, Azərbaycan və İranın Avropa bazarı üçün oyunçu olmaq imkanı var" - Fatih Dönməz

"Rusiya, Azərbaycan və İranın Avropa bazarı üçün nəzərdə tutulan bu platformada oyunçu olmaq imkanı var".

Operativ.com Unikal-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, qaz ticarəti platformasının Avropa bazarı üçün hazır olduğunu açıqlayıb .

"Çelsi" Kante ilə bağlı qərar verdi

"Çelsi" futbolçusu Nqolo Kante ilə müqaviləni yeniləməyə yaxındır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2026-cı ilə qədər olacaq. Futbolçu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu da yaxından maraqlanır. "Zadəganlar" Kantenin cavabını gözləyir.

Qeyd edək ki, Nqolo Kantenin "Çelsi" ilə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.

İran və ABŞ arasında ticarət mübadiləsinin həcmi artıb

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 2022-ci ilin ilk 11 ayında İran və ABŞ arasında ticarət mübadiləsinin həcmi illik müqayisədə 38% artaraq 51,3 milyon dollara çatıb.

ABŞ-ın Siyahıyaalma Bürosu son hesabatında bildirib ki, 2022-ci ilin 11 ayında İran və ABŞ arasında ticarət həcmi 51,3 milyon dollara çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% çoxdur.

Çovğun olacaq

Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib. 

Məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Musəvi: Biz qonşu ölkələri sionist rejimlə qarşıdurma meydanına çevirmək istəmirik

 Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycandakı İsrail rejim səfirinin son açıqlamalarına cavab olaraq, "Müsəlman xalqları qəsbkarları, fırıldaqçıları və terrorçuları qətiyyən sevmir. Sionist rejim və onun bölgədəki mövcudluğu müvəqqətidir və bu rejimin rüsvayçı həyatı da sona çatacaq.

O, yenidən UEFA prezidenti olacaq

UEFA-nın hazırkı prezidenti Aleksandar Ceferin yenidən seçiləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, bu ilin aprelində UEFA Konqresində prezidentliyə iddialı yeganə namizəd olacaq.

55 yaşlı Ceferin ilk dəfə 2016-cı ildə UEFA-nın prezidenti seçilərək, etik qalmaqal nəticəsində UEFA-dan ayrılan Mişel Platinini əvəzləyib.

2019-cu ildə sloveniyalı Aleksander Ceferin yenidən UEFA-nın rəhbəri seçilib.

İsrail nazirinin Məbəd Dağına səfəri dünya müsəlmanları və bir çox israillinin qəzəbinə səbəb olub

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası bu həftə İsrailin yeni təyin olunmuş milli təhlükəsizlik naziri İtamar Ben Qvirin Qüdsdəki müqəddəs məbədə mübahisəli səfərini müzakirə etməlidir. Səfər bütün ərəb dünyasında tənqidlərə səbəb olub. İsrailin ən yaxın müttəfiqi olan ABŞ təhlilçlərinin dediyinə görə, bu, yeni sərt-xətt İsrail hökumətinin yeni regional gərginliklərə səbəb ola biləcəyinə işarədir.

İşgəncələr Əleyhinə Komitənin missiyasının Azərbaycana səfərinin nəticələri haqqında məlumatı

Operativtv.com Turan-a istinadən xəbər verir ki,  Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 12-19 dekabr 2022-ci il tarixlərində Azərbaycana səfər edib.

AŞPA-nın yaydığı məlumata görə, səfərin əsas məqsədi Komitənin 2020-ci ildəki əvvəlki səfərindən sonra verdiyi tövsiyələr əsasında azadlıqdan məhrum edilmiş şəxslərlə polis tərəfindən rəftarın araşdırılması olub.

KİV: Türkmənistan və Çin qaz əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Pekində keçirilən danışıqların yekunları üzrə Çin Xalq Respublikasının sədri Si Cinpin və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun imzaladığı birgə bəyanata əsasən, Türkmənistan və Çin qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafının intensivləşdirilməsi barədə razılığa gəliblər.

Bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi məlumat yayıb.