Braziliya prezidenti: İsrailin fələstinlilərə qarşı etdikləri müharibə deyil, soyqırımdır

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rio-de-Janeyroda keçirilən tədbirdə çıxış edərək bir daha İsrailin Qəzzaya hücumlarını "soyqırım" adlandırıb.

Lula da Silva, "İsrail hökumətinin Fələstin xalqına etdikləri müharibə deyil, qadın və uşaqları öldürdüyü üçün soyqırımdır. Əsgərlər ölmür, qadın və uşaqlar xəstəxanada ölür. Bu soyqırım deyilsə, mən soyqırımın nə olduğunu bilmirəm” qiymətləndirməsini edib.

Lula da Silva Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına da reaksiya göstərərək, "Bu gün heç nəyi təmsil etmir, heç bir qərar qəbul etmir, yəni sülh üçün heç bir şey etmir" söyləyib.

2023-cü ilin oktyabrından bu yana Qəzzaya edilən hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 30 mindən çox insanın öldüyünə diqqət çəkən Lula da Silva, "İnsanların Qəzzada baş verənləri anlamaması mümkün deyil" deyib.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra öz bəyanatında İsrailin xarici işlər naziri Yisrael Katzın Lula da Silvanın “üzr istəyənə və sözlərini geri götürənə qədər İsraildə persona non-qrata olacaq” sözlərinə reaksiya verib.

Vieira "şərəfli mövqe" tutduqlarını və bu mövzuda mövqelərini dəyişməyəcəklərini bildirib.

Lula da Silva fevralın 18-də verdiyi bəyanatda İsrailin Qəzzanı işğal etməsini "soyqırım" kimi qiymətləndirib və bunu nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib.