BNA: Yeni piyada keçidləri istifadəyə verilib

2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında qeyd edilib.

Məlumata görə, müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib. “Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədi ilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb. Piyada təhlükəsizliyinin vacib elementlərindən olan eyni səviyyəli piyada keçidlərinin standartlara uyğunlaşdırılması, zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır”,- BNA-nın məlumatında bildirilib.