Bu gündən etibarən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.
Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - Fotolar

Oxşar xəbərlər