BGMİ-nin Şeyxi dini tələbələri təltif etdi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Tbilisidə “Alulbeyt” dini-mədəni mərkəzində bölgələrdəki Quran kurslarının bilik yarışlarında fərqlənmiş din tələbələri və onların müəllimləri ilə görüş keçirilib.

Hacı Rahid Kərimovun Quran tilavəti ilə başlayan görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev din müəllim və tələbələrinə öz tövsiyyələrini verərək, işlərində uğurlar arzulayıb.
Daha sonra BGMİ-nin şeyxi Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bölgələrdə keçirilən dini bilgilər və Qurani-Kərimin qiraəti üzrə bilik yarışlarında fərqlənmiş tələbələrə sertifikat və hədiyyələr təqdim edib.
Tədbir başa çatdıqdan sonra müəllim və tələbələr Tbilisi Cümə məscidi də daxil olmaqla şəhərin görməli yerlərni gəziblər.