Bakının bu ərazilərində su olmayacaq

Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

"+ 98 Qaraçuxur" su anbarında yenidənqurma işləri aparılır.

Bu barədə "Azərsu"ASC-dən məlumat verilib.

Qeyd edilib ki, aparılan yenidənqurma işləri ilə əlaqədar 26 avqust 2019-cu il tarixində gün ərzində Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.