Bakının bu ərazisində su kəsiləcək

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.