Bakıda ağac aşdı,3 qadın yaralandı

Aşan ağacın üç qadına xəsarət yetirdiyi bildirilir. 
 
Hadisə oktyabrın 25-də, 12 radələrində Hövsan qəsəbəsində qeydə alınıb. Şahidlərin Meydan TV-yə verdiyi məlumata görə, ağacın aşmasına səbəb güclü külək olub. Qadınların hər üçü yaralanıb və Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilib.
 
Xəstəxanadan deyiblər ki, 33 yaşlı Aygün Cəfər qızı Əlizadə və 37 yaşlı Xuraman Kamil qızı Muradovanın vəziyyəti orta ağırdır.
 
Daha ağır xəsarət alan 33 yaşlı Aynur Asif qızı Babayeva isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilib.