Ən çox ağac kəsilən rayonların siyahısı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ağacların kəsilməsi və qurudulması ilə bağlı ən çox müraciət daxil olan rayonların adları açıqlanıb. 
 
Mətbuat konfransında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ən çox müraciət Bakı şəhərinin Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu, Yasamal rayonlarından daxil olur. 
 
Onun sözlərinə görə, regionlardan isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı, Qubadan ağac kəsintisi halları ilə bağlı daha çox müraciətlər edilir.
 
toplum.tv