Bu ilin I yarısında Azərbaycanda 15,2 milyon ton neft-kondensat hasil edilib, bunun da 12,7 milyon tonu ixrac olunub.
Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.
Bundan başqa, nazir qeyd edib ki, yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox - 24,1 milyard kubmetr təbii qaz hasil edilib, bunun da 12 milyard kubmetri (7,5 % çox) ixrac olunub.
"O cümlədən Avropaya 5,7 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 28 milyard kubmetr qazla təchiz edib", - deyə P.Şahbazov əlavə edib.
Azərbaycanın yarımillik neft-qaz hasilatının və ixracının həcmi açıqlanıb