"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 340 nəfərin adı daxil edilib.
Bu rəqəm birliyin 2025-ci ilin oktyabrında təqdim etdiyi siyahı ilə müqayisədə 52 nəfər azdır.
Siyahını hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında" tərtib ediblər.
Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (8), müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (45), milli azlıqların fəalları (5), müharibə əleyhinə fəallar (2), "Söyüdlü işi" üzrə həbs edilənlər (2), Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər (6), "İmişli işi" üzrə həbs olunanlar (15), inanclılar (192), "Tərtər işi" üzrə məhkum olunanlar (8), "Gəncə işi" üzrə məhkumlar (13) və ömürlük azadlıqdan məhrum edilənlərdir (12).
Son hesabatdan bu vaxta qədərki dövrdə jurnalist Əziz Orucov və hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa buraxılıblar. Həmçinin, dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimli həbsxanada vəfat edib.
Bundan əlavə, prezident İlham Əliyevin təşəbbüsü ilə dekabrın 22-dən başlayaraq cəza müddətinin bitməsinə 6 ayadək vaxt qalan və 3 ilədək həbs cəzasına məhkum edilmiş şəxslər azadlığa buraxılıblar. Onların arasında İmişli hadisələri üzrə həbs olunan 4 nəfər və 64 inanclı fəal var, lakin onlardan 12 nəfərin adı əvvəlki siyahıda yer almayıb.
Eyni zamanda, bu müddət ərzində AXCP sədri Əli Kərimli, partiya fəalları Məmməd İbrahim, Vüqar Qədirli və Əlixan Rəcəbli həbs olunublar. Həmçinin, hüquq müdafiəçiləri Zabil Qəhrəmanov və Namizəd Səfərov, ictimai fəal Dəyanət Çələbi və bir neçə inanclı fəal da həbs edilib.
Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə insanların siyasi fikirlərinə və ya fəaliyyətlərinə görə həbs olunmadıqlarını bildirir.
Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 340-a enib