Azərbaycan parabadmintonçusu Uqandada gümüş medal qazanıb

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə şəxsi və qoşa yarışda uğurlu çıxış edib.

Report Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı gümüş medal qazanıb.

Qeyd edək ki, İ.Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl üç ildir mükafatçılar sırasında yer alır.