Mühacirətdə olan MBH üzvünün atası polis bölməsində təzyiqlərə məruz qaldı

Müsəlman Birliyi Hərəkatının üzvü Rövşən İsmayılovun atası İsmayıl İsmayılov 15-ci polis bölməsinə çağırılıb.

Bu barədə Operativ.tv-yə İsmayıl İsmayılovun ailə üzvləri məlumat veriblər.

Məlumatda bildirilib ki, İsmayıl İsmayılov 76 yaşı olmasına baxmayaraq 4 saat polis bölməsində saxlanılıb və Rövşən İsmayılov ilə bağlı təzyiqlərə məruz qalıb.

"İsmayıl İsmayılova oğlu Rövşən İsmayılovun hansı səbəbdən ölkəni tərk etdiyi və niyə Almaniyada Azərbaycan səfirliyi qarşısında siyasi aksiyalar təşkil etməsi sualları verilib. Ağsaqqal yaşda olan kişiyə qarşı təzyiqlər olunub və stress keçirib. 4 saat dindirilmədən sonra İsmayıl İsmayılova tapşırılıb ki, oğlunla əlaqə yarat və Azərbaycana qarşı hansısa siyasi aksiyada iştirak etməməsini vurğula. Rövşənin hansısa siyasi aksiyada iştirakı gələcəkdə ailəsinə müxtəlif problemlər yarada biləcəyi xəbərdarlığı da edilib", - deyə yaxınları diqqətə çatdırıblar.  

Qeyd edək ki, Rövşən İsmayılov hal hazırda Almaniyada siyasi mühacir həyatı yaşayır.