Bu il Çin ilə Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunub. Belə ki, idxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549 faiz, ixrac daşımalarda isə 331 faiz artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb.
Bu barədə dekabrın 7-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin ilə görüşdə bildirib.
Məlumatda deyilir ki, görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha sürətlə və təhlükəsiz daşımaları, o cümlədən əlavə yüklərin cəlb olunması istiqamətində müzakirələr aparılıb.
“Belə ki, hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzil başına yola salınması, konteyner qatarlarının gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər sahələrdə görülən yeniliklərdən danışılıb”, ADY bildirir.
Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.
Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.
Azərbaycan ilə Çin arasında dəmir yolu ilə daşımalar 47 faiz artıb