Ali Məhkəmə ruhani Qədir Məmmədovun həbs müddətini 1 il azaldıb

Ali Məhkəmədə noyabrın 27-i ruhani Qədir Məmmədovun şikayətinə baxıb. Baş tutan iclasda məhkəmə onun barəsində 2024-cü il 16 oktyabr tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasını araşdırıb. Məhkəmə 4 illik cəzadan 1 il azaldaraq onu 3 ilə endirib.

Xatırladaq ki, Ruhani Qədir Məmmədov Azərbaycan və İran arasında gərginləşən münasibətdən dolayı şiə ruhanilərinə və inanclılara qarşı başladılan represiya dalğasının zamanı 2023-cü il sentyabrın 15-də evlərinin qarşısında azyaşlı oğlunun gözü önündə saxlanılmış və saxta ittihamla - narkotika istifadəetmə (234.1-1) maddəsi ilə şərlənərək həbs edilmişdi. Ruhani ilk andan ittihamı qəbul etməyib və heç bir sənədə imza atmayıb.

Qədir Məmmədov “Maide.Az” saytının redaktoru idi.