Fevralın 13-ü siyasi məhbus Mehman Qarayevin müraciəti əsasında Ali Məhkəmə onun 2024-cü il 3 may tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasından verdiyi şikayətinə baxıb.
Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb.
Hakim Vidadi Cəfərov Qarayevdən məhkəmədən gözləntisini soruşarkən o, haqqı olan bəraətin verilməsini istəyib.
Bundan sonra hakim qərarı elan edib. O, Mehman Qarayevin cəzasından 6 ay azaldaraq cəzanı 4 ildən 3 il 6 aya endirib. Bununla da məhkəmə iclası yekunlaşıb.
Xatırladaq ki, Qarayev Mehman Əlzami oğlu 2023-cü il aprelin 11-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə qeyd edilən ittiham üzrə Qarayevi müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Ali Məhkəmə Mehman Qarayevin cəzasını yüngülləşdirib