Fevralın 13-də Ali Məhkəmədə 15 il azadlıqdan məhrum edilən ruhani Hacı Əli Əliyevin kassasiya şikayətinə baxılıb.
Ali orqan şikayəti təmin etməyib. Məhkəmə Əliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm, eləcə də bu hökmü qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişməyib.
Xatırladaq ki, Hacı Əli Behişti (Əliyev) 2023-cü il aprelin 6-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yaşadığı Binə qəsəbəsində evində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. 2024-cü ilin yanvar ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Əli Əliyevə hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə Hacı Əli Əliyevin hökmünü qüvvədə saxlayıb