12 saylı müəsissədə cəza çəkən ilahiyyatçı Tale Bağırzadə ilə bu gün vəkili Fəxrəddin Mehdiyev görüşüb. Bu barədə Operativtv.com-a açıqlama verən vəkil bir həftədir ki, aclıq edən ilahiyyatçının səhhətində ciddi problemlərin yarandığını bildirib: “Aclığın yaratdığı fəsadlar artıq özünü göstərir. Tale bəy zəifləməklə bərabər qızdırır. Həkim nəzarətində olsa da onda, halsız və ağrılar yaşadığı müşahidə olunur. Bütün bununla belə o, aclığını davam etdirir. Həbsxana rəhbərliyi də onu qəbul edib, iradlarını dinləyib. Hacı Tale, hələ Qobustan cəzaçəkmə müəssisəsindən çıxanda ona -əşyalarını aparma, tezliklə geri qaytarılacaqsan- deyilməsini və onu bir zamanlar problem yaşadığı Babək İsgəndərov olan müəssisəyə köçürülməsini planlı təxribat adlandırır. Gəldiyi gündəcə B. İsgəndərovla aralarında yaşanan gərginlik, şərəf ləyaqətinin təhqir olunmasını o, davam edəcək problemlərin əsası kimi qiymətləndirir. Baş verənləri nəzərə alan Bağırzadə müəssisədə müavinlə qalacağı halda növbəti, üçüncü dəfə insidentin yaşanacağına əminlik ifadə edib. Ona görə də Tale bəy burada özü ilə bərabər onun şərəf ləyaqətini təhqir edən şəxsin ola biləcəyini mümkünsüz hesab edir. Bu məsələnin həllini tapmayacağı halda da o, aclığın davamına israrlıdır”
Xatırladaq ki, ötən gün Pentesiar xidmətin baş idarəsindən bildirilmişdi ki, Tale Bağırzadə 12 saylı müəssisəyə göndərilməsi digər hərəkat üzvülərinin başqa ciddi ümumi rejmli həbsxanalarda olması ilə bağlıdır. Ona görə də ilahiyyatçı hərəkat üzvülərindən olmayan müəssisəyə, 12 saylı CÇ müəssisəsinə göndərilib. Lakin ilahiyyatçı bu filkirlə razılaşmır. O, ilk öncə onun problem yaşadığı 12 saylı müəssisə rəhbərliyində yer alan şəxsin nəzərə alınmasına diqqət ayırmalı olduqlarını bildirib. Bundan əlavə o, başqa həbsxanalara dəyişdirilməsini də oradakı hansısa məhbusun oradan çıxarılması hesabına olacağı halda da bunu qəbul etməyəcəyini deyib.
Aclıq aksiyasını davam etdirən ilahiyyatçı telefon zənglərindən də imtina edib

Oxşar xəbərlər