Həbsxanalarda vəziyyətin acınacaqlı olması geniş müzakirələrə səbəb olsa da, bu xüsusda dəyişiklik təəssüf ki, baş vermir. Səbəbsə aydındır, ailə hakimiyyəti, qohumluq münasibətləri bütün sahələrdə olduğu kimi pentesiarın da əsas problemlərindəndir. Qapalı müəsisələrdə işgəncə faktlarının sayı hesabı olmayan reallıq hətta qətlə qədər dəhşət saçan faktları özündə ehtiva edir. Qeyri insani davranışlar, fiziki və psixoloji təzyiqlər, tibbi təminatın olduqca aşağı olması, ağlagəlməz rüşvət oyunları, qida təminatında tənəzzül və sair bir çox davranışlar Azərbaycan Pentesiar Xidmətinin haqqında deyiləsi acınacaqlı vəziyyətin cüzi hissəsidir. Qərbdən Şərqə bütün beynəlxalq təşkilatların irad və təkliflərinə baxmayaraq hakimiyyətin yaratdığı qanunsuzluq mühiti bütün bu özbaşnalıqlara rəvac verərək davamını genişləndirir.
Bir müddət öncə 12 saylı müəsisə ilə bağlı baş verən neqativ halları mətbuat səhifələrində qeyd edəndə ümid edirdik ki, məhbusun problemləri həll olmaqla onu həyatını cəhənnəmindən az da olsa çıxara bilər. Lakin qohumluq telləri ilə vəzifə tutan 12 saylı müəsisənin rəhbəri həftədə bir dəfə su verilən, günün müəyyən saatlarını işıq təminatı ilə istinin dəhşətində inləyən, qidasının üfunətindən baş çatladan vəziyyəti dəyişmək əvəzinə daha sərt tədbirlərə əl atmağa çalışır. Bu isə onun bu məsələlərin ictimayiləşməsinə qarşı növbəti addımıdır.
Belə ki, bu müəsisədə həbs həyatı yaşayan Tale Bağırzadə ilə gərgin münasibətlər sərgiləyən rəis indi də tapşırıq verib ki, Hacı Tale ilə ünsiyyət quran, onunla istənilən münasibətdə olan məhbusu cəzalandırsın. Artıq bir neçə məhbus Tale Bağırzadə ilə həmsöhbət olduğu üçün karserlərə salınıb sərt fiziki təzyiqlə üzləşib. Abbas Hüseynin karserə salınma xəbərini Tale Bağırzadəyə söyləyən məhbus buna görə 8 günlük karser cəzası alıb. Eyni halda Tale Bağırzadəni müdafiə edən İbrahim Muradov adlı məhbus iki aylıq karserə salınıb. Bununla müəsisə rəhbərliyi məhbuslara Tale Bağırzadə ilə hər növ əlaqənin cəzasını anlatmaqla yanaşı Hacı Taleni də təcrid edərək psixoloji işgəncəyə məruz qoyur. Şübhəsiz bu sifariş təkcə müəsisə rəhbərliyi ilə məhdudlaşmır. Bunun arxasında daha böyük instansiyaların durduğu mütləqdir. Lakin mövcud vəziyyət aydındır ki, yaxşı heç bir şey vəd etmir.
Bir neçə məhbus mövcud şəraitdən cana doyaraq öz barmaqlarını kəsib rəisin stolu üzərinə qoyacaqlarını bildirir. Onlar bununla müəsisə sahibinin onlardan əl çəkərək onun bu addımına erirazlarını sərgiləmək niyyətindədirlər. Tale Bağırzadə mövcud addımın yolverilməz olduğunu söyləyərək bu niyyətdə olan məhbusları qeyd edilən addımdan çəkindirməyə çalışıb. Lakin müəsisədə gərginlik yaradan rəisin addımlarına məhbusun öz canına qıymaqdan başqa ayrı əlacı qalmadığı aydındır.
Biz mövcud vəziyyəti diqqətdə saxlamaq üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, ölkədəki hüquq insitutlarına, beynəlxalq və yerli insan haqlarını müdafiə edən təşkilatlara, media mənsublarına müraciət edərək arzulanmayan bir nəticənin baş verəcəyi hadisəni hüquqi prosedurlar gözlənilməklə həll etmələri üçün yardımçı olmalarını xahiş edirik . Əks halda mövcud durum ədliyyənin yarıtmaz siyasətinin qara üzünə yapışan növbəti ləkə olacaq.
Müsəlman Birliyi Hərəkatının Mətbuat Katibliyi.
Məhbuslar hazırdır ki, barmaqlarını kəsib bu işgəncələrə son qoymaq üçün rəisə versin

Oxşar xəbərlər