Tale Bağırzadə məhbus ailələrinə dəstək nümayiş etdirdi: “Tam gücümlə yanınızdayam”

Yalnız insanlıq məfhumundan xəbərsiz, xalqına nifrət və kin, ədavət dolu bir rejim qeyrətli oğulları şərləyib onların analarına qarşı zor tətbiq edəcək qədər rəzil və səviyyəsiz ola bilər. Sözlə ifadə olunmayan bu davranış yalnız rəzalət yaşayan bir düşüncənin məhsulu olaraq icra edilə bilərdi.
Xalqın dəyərli oğullarını şərləmək, onlara zor tətbiq etmək, əzmək və öldürmək bu rejimin artıq idarə sisteminin əsasına çevrilib. Şübhəsiz hədəfə alınan bu şəxslər xalqın, millətin rifahı naminə mübarizə apardığı üçün bu, xalqına düşmən xəyanətkar ünsürlər onlara qarşı amansız davranış nümayiş etdirərək onlardan qisas almağa çalışırlar. Xislətin iyrənc təzahürü isə övladlarını şərlədikləri anaların buna sivil etirazına qarşı zor tətbiq edib onlara fiziki güc də nümayiş etdirmələridir. Ailələrində ana anlayışının hansı səviyyəyə düşdüyü bu şəxslərin əməlləri qəbul edilməz və nifrətə layiqdir.
Mən hakimiyyətin öz səviyyəsinə uyğun iyrənc addımlarına son verməyi onlardan tələb və rəzalətin son nöqtəsində dayanmalarına təkid edirəm.
Məhbus ailələrinə, dəyərli analarımıza isə bu mübarizədə yorulmadan müqavmət göstərmələrini, öz dəyərli övladlarını zalım zindanında tək qoymadan mübarizədə onlarla birlik nümayiş etdirmələrini xahiş edirəm. Mən bütün gücümlə sizinləyəm və sizin bu mübarizənizdə əlimdən gələn istənilən addımla bu haqq işə analarımıza dəstək göstərməyə çalışacağam.
Güc və qüvvə Allahdandır.
 
Müsəlman Birliyi Hərəkatı lideri Hacı Tale Bağırzadə