Birləşmiş Ştatlar Rusiyanın yeni hücumu nəticəsində bir sıra mülki vətəndaşın ölməsindən sonra cümə günü Ukraynaya 125 milyon dollarlıq hərbi yardım paketi, o cümlədən Stinger raketləri və zireh əleyhinə sistemlər göndərəcəyini açıqlayıb.
Bu, ABŞ Prezidenti Co Bayden aprel ayında Ukrayna Təhlükəsizlik Əlavə Təxsisatlar Aktını imzalayandan bəri Ukraynaya 10-cu yardım paketi olacaq. Nyu Yorkda qərargahlanan xarici siyasət araşdırma qrupu olan Xarici Əlaqələr Şurasının məlumatına görə, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edəndən bəri ABŞ Ukraynaya 175 milyard dollar göndərməyi təsdiqləyib.
Yardım paketi Rusiya raketinin Ukraynanın Kostyantinivka şəhərində bir supermarketə zərbə endirərək, ən azı 14 nəfəri öldürüb, 44 nəfəri yaralamasından bir neçə saat sonra elan edilib. Ukrayna Prezidenti Volodimir Zelenski X sosial media platformasında yazıb ki, “Rusiya bu terrora görə məsuliyyət daşıyacaq.” Rusiya hücumla bağlı hələ ki, şərh verməyib.
Zelenskinin dediyinə görə, fövqəladə hallar xidməti hücum nəticəsində dağıntılar altında qalmış ola bilən insanları axtarmağa çalışırdı. Ərazidəki mağazalar, evlər, maşınlar və poçt xidmətinə ziyan dəydiyi bildirilir.
ABŞ dövlət katibi Antoni Blinken bəyanat yayaraq, hərbi yardım paketinə nəyin daxil olduğunu və onun məqsədini izah edib. “Bu 125 milyon dollarlıq dəstək paketinə hava hücumundan müdafiə vasitələri, raket sitemləri və artilleriya üçün sursatlar, çoxmissiyalı radarlar və tank əleyhinə silalar daxildir ki, onlar Ukraynaya qoşunlarını, xalqını və şəhərlərini Rusiyanın hücumlarından müdafiə etməyə və cəbhə xətti boyunca imkanlarını gücləndirməyə yardım edəcək,” bəyanatda deyilir.
Bəyanatda həmçinin Birləşmiş Ştatların Ukraynaya dəstəyi bir daha təsdiqlənir və bildirilir ki, ABŞ “Ukraynanın öz ərazisi və xalqının müdafiəsini gücləndirməsi üçün yeni yardımı mümkün qədər tez göndərəcək.”
Zelenski X-də Bayden və ABŞ-a yardım paketinə görə təşəkkür edib.
“Birləşmiş Ştatarın güclü addımlar ataraq, Ukraynanın azadlığı və Avropanın sabitliyini qorumaqda liderlik nümayiş etməsi mühümdür,” o yazıb. “Biz Rusiyanın tam-miqyaslı hərbi müdaxiləsinin ilk günlərindən Birləşmiş Ştatların dəstəyini yüksək qiymətləndirirk. O, bizə çox sayda həyatı qurtarmağa imkan verib.”
Rusiya Ukrayanın sərhədlər arası hücumu ilə üz-üzə olduğunu bildirib və cümə günü Kursk bögləsində “federal səviyyədə” fövqəladə vəziyyət elan edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Ukrayna qüvvələri ardıcıl olaraq dördüncü gün toqquşub.
Rusiya bunu müharibə boyu Ukrayna qüvvələri tərəfindən ən bpyük sərhədlərarası müdaxilə adlandırıb.
Eyni zamanda isə Reuters xəbər verir ki, Rusiyanın hərbi personalı İrandadır və onlara Fath-360 yaxın-mənzilli balistik raket sistemindən istifadə ilə bağlı təlim keçirilib. Avropanın ləşfiyyat mənbələri bildirib ki, onlar İranın silahları Rusiyaya göndərəcəyini gözləyirlər.
Ağ Evin milli təhlükəsizlik müşaviri Con Kirbi deyib ki, “İran bu cür trasferləri həyata keçirdiyi təqdirdə, ki bu, İranın Rusiyanın Ukraynaya qarşı aqressiya müharibəsinə dəstəyində dramatik eskalasiyaya bərabər olacaq,” ABŞ və müttəfiqləri “cəld cavab verməyə hazırdırlar.”
Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, ordu və sərhəd mühafizəçiləri Ukrayna qüvvələrinin Rusiyanın cənubqərbində Kursk regionuna daha da irəliləmələrinin qarşısını alıb. Nazirlik bildirib ki, ordu Ukraynanın Sumı bölgəsindən irəliləməyə çalışan ukraynalı döyüşçülərə hücum edir.
Vaşinqton Ukraynanın əməliyyatına razılıq verib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq cümə günü müxbirlərə verdiyi brifinq zamanı deyib ki, Kursk regionuna müdaxilə “bizim siyasətimizə uyğundur.”
ABŞ Ukraynaya 125 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb