ABŞ rəsmilərinin fikrincə, İranın İsrailə hücumu “hər an” baş verə bilər

İsrailin baş naziri Binyamin Netanyahunun İranın mümkün hücumuna hazırlaşmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcəyi bildirilib.

İsrailin yerli mediası baş nazir Binyamin Netanyahunun müdafiə naziri Yoav Gallant və müxalifət lideri Benny Gantz da daxil olmaqla müharibə kabinetinin üzvləri ilə görüşə hazırlaşdığını bildirib.

İranın Suriyadakı konsulluğuna və yüksək səviyyəli generallarının ölümü ilə nəticələnən hücuma cavab vermə ehtimalı bölgədə gərginliyi artırır.

Amerikanın CBS telekanalına danışan ABŞ rəsmilərinin sözlərinə görə, İranın İsrailə qarşı böyük hücuma keçməsi “zaman məsələsidir”.

Xəbərə görə, ABŞ rəsmisi İranın 100-dən çox pilotsuz uçuş aparatı, onlarla qanadlı raket və ballistik raketlərdən istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

İsrail isə istənilən “müdafiə və ya hücuma” hazır olduğunu iddia edir.

İranın qisas andı və 1 aprel hücumundan sonra geri çəkilməməsi ABŞ, Böyük Britaniya, Hindistan və Avstraliya kimi ölkələrin İsrailə səyahət xəbərdarlığı etməsinə səbəb olub.

ABŞ Dövlət Departamenti həmçinin İsraildəki diplomatik işçilərə və onların ailələrinə Təl-Əviv, Qüds və Beer-Şeba şəhərlərindən kənara çıxmağı qadağan edib.