Türkiyədə 158 hərbçi və 13 polis tutuldu

Türkiyədə 158 hərbçi tutulub.

Onlar FETÖ ilə əlaqələ şübhəli bilinirlər.

Saxlanılmalar ölkənin 41 əyalətində həyata keçirilib. Həbsinə order verilmiş 176 hərbi qulluqçunun artıq 158 nəfəri tutulub.

Saxlanılan hərbçilərin əksəriyyəti quru qoşunlarında xidmət edir.

Həmçinin 21 polis əməkdaşının tutulması üçün də order çıxarılıb və artıq onlardan 13-ü saxlanılıb.

Xatırladaq ki, FETÖ Türkiyədə terror təşkilatı kimi tanınır.