Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclıya hökm oxunub. İyunun 20-də yekunlaşan iclas Zeynalov Elvin Mübariz oğlu barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Hakim Kamran Əliyev tərəflərin vəsadətlərini araşdıraraq sonra qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Elvin Zeynalovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Elvin Zeynalov 2025-cü ilin 31 yanvar tarixində saxlanılmış və barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. Elvin Zeynalov Qarabağ Qazisi Müsəlman Birliyi Hərəkatının üzvü Etibar İsmayılovun bacısı oğludur. 2023-cü ilin 1 fevralında saxlanılmış E. İsmayılov da eyni ittihamla şərlənərək 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Daha bir inanclıya hökm oxundu