Tale Bağırzadə: “Azərbaycan hakimiyyəti bu savaşda tərəf nümayiş etdirib mövqe qoymalıdır”

Azərbaycan bir millətin vahid tərənnüm ünvanıdır. Dili, dini və ruhu bir olan xalq bu dəyərlərin işığında tamdır. Bu söz naminə deyilən sətrlər deyil. Azərbaycan həmişə bir ürək olaraq Şimal və Cənubu birləşdirən sevgi mənbəyi olub. Bunun üzərinə dini-milli-mənəvi-qonşuluq əlaqələri əlavə olununca İran və Azərbaycan arasında daha möhkəm bağların varlığına şahid ola bilərik.

Belə bir şəraitdə Təbriz, Ərdəbil daxil olmaqla qardaşlarımızın soyqırımçı siyasəti ilə vəhşilik törədən İsrail tərəfindən bombalanmasına biz heç bir halda laqeyd qala, bitərəf mövqe nümayiş etdirə bilmərik.

Azərbaycan hakimiyyəti mütləq bu savaşda mövqe qoymalı, qardaş İran xalqının haqq mübarizəsində onun yanında olduğunu nümayiş etdirməlidir. Tərəfsizlik yalnız düşmənin bəyəndiyi siyasətdir ki, hakimiyyət öz mövqeyi ilə bu savaşda haqq tərəfinin-qardaş İran xalqının yanında olmağı ilə bu fikiri dağıtmalıdır.

Bu təkcə hakimiyyətdən tələbimiz deyil, eyni halda azad zəka və həqiqət tərənnüm edən Azərbaycan inanclısının fikiri olaraq mövqe nümayişimizdir. Biz hər zaman qardaş İran xalqının yanında olmuş və belə bir dönəmdə də birlik və bərabərliyimizlə bir daha bunu elan edirik.

Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəsisəsi