Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.
Bu barədə iyunun 21-də jurnalistin həat yoldaşı məlumat yayıb.
“Bir qədər əvvəl Fatehi apardılar. Hara apardıqlarını bilmirik”, - jurnalistin xanımı Hande Altaylı yazıb.
Jurnalistin saxlanılması ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamada belə deyilir:
“YouTube” sosial media kanalında 20.06.2025-ci il tarixli yayımda prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədə yönümlü, təhdid xarakterli ifadələr işlətdiyi üçün Fatih Altaylı barəsində istintaqa başlanılıb”.
Məlumata görə, Fatih Altaylı barəsində davam edən istintaq çərçivəsində prokurorluğun göstərişi ilə saxlanılıb.
Fatih Altaylı saxlanılıb