“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov səhhətinin pisləşməsi ilə əlaqədar məhkəməyə aparılıb-gətirilməsinə etiraz edir.
O, bunu iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hakimə bildirib.
Yaxınlarının Toplum TV-yə dediyinə görə, İsmayılov qanında şəkərin miqdarının az olduğunu, buna görə də səhər saatlarında qida qəbul etmədən məhkəmə iclasına gətirilməsinin səhhətində problemlər yaratdığını qeyd edib.
Jurnalist buna nümunə olaraq baş ağrıları, göz qaralması hiss etdiyini deyib.
“Əgər bizim sonumuz da “Abzas”çılar kimi olacaqsa, onda mənim hökmümü indidən oxuyun, mən hər dəfə bura gəlib-getmək məcburiyyətində olmayım”, - jurnalist hakimə bildirib.
Yaxınları, həmçinin, qeyd edir ki, İsmayılova təcridxanada sistem qoşulsa da, bunu çox etinasız formada, qolunu nəfəslikdən çıxararaq edirlər. O həm də miqrendən əziyyət çəkir və buna görə dərman qəbul edir.
“Toplum TV işi” üzrə ötən il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, bu il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.
“Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.
ToplumTv
Fərid İsmayılov səhhətinə görə məhkəməyə aparılmasına etiraz edir