Məscidin həyətinə olan inanclılara hücum 71 nəfərin həyatına son qoydu

Nigerin Tillaberi bölgəsində namazdan sonra məscid həyətində toplanan camaatı hədəf alan hücumda 71 nəfər həyatını itirib.

Yerli mətbuatın məlumatına görə, ötən gün Tillaberinin Manda kəndi naməlum silahlı terror təşkilatının üzvləri tərəfindən hücuma məruz qalıb.

Namazdan sonra məscidin həyətində toplanan camaatı hədəf alan hücumda 71 nəfər həyatını itirib, ən azı 20 nəfər yaralanıb.

Bundan öncə də Mart ayında Fambita kəndindəki məscidə cümə namazı zamanı hücum edilmişdi. O zaman 44 nəfər həlak olmuşdu.

Tillaberi "üç ölkə sərhədi" olaraq bilinən Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Sözügedən sərhəd 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları tərəfindən tez-tez hücumlara məruz qalır.