Petro: Hər şey fələstinli uşaqların bombalanması ilə başladı

Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı deyib: “Hər şey fələstinli uşaqların bombalanması ilə başladı.”

Kolumbiya prezidenti Qustavo Petro Almaniyanın paytaxtı Berlində fələstinli tərəfdarların təşkil etdiyi etirazları X sosial media platformasında paylaşaraq İsrailin baş naziri Binyamin Netanyahunu hədəf alıb.

Prezident Petro üçüncü dünya müharibəsi barədə xəbərdarlıq edərək deyib:

"Hər şey fələstinli uşaqların bombalanması ilə başladı: Qəzza xalqının soyqırımı. İndi biz dünya müharibəsinin astanasındayıq. Çözümün başlanğıc nöqtəsi nədir? Netanyahu Fələstini bombalamağı dayandırmaq, atəşkəs elan etmək və bütün bəşəriyyəti təhlükəyə atmaqdan əl çəkməkdir".