İsrailin İrana hücumunun 9-cu günü bu gecə Təl-Əviv bombalandı

İsrailin İrana qarşı başlatdığı hücumların 9-cu günündə şiddətli toqquşmalar davam edir. İran gecə saatlarında İsrailin paytaxtı Təl-Əvivə cavab hücumu həyata keçirib.

İsrailin paytaxtı Təl-Əvivdə yenidən sirenlər səslənib. İran gecə saatlarında Təl-Əvivə cavab hücumu həyata keçirib.

Təl-Əvivdə çoxsaylı partlayış səsləri eşidilib. İsrail mediası İrandan 5 raketin atıldığını və hücumdan sonra raketdən müdafiə sisteminin hissələrinin düşməsi nəticəsində binanın damında yanğın baş verdiyini bildirib.

İranın cavab zərbələri qarşısında İsrailin hava hücumundan müdafiə sistemi yenidən uğursuzluğa düçar olub.