Silahlarımızı yerə qoymayacağıq

Abdullah Öcalanın çağırışı ilə PKK-nın dağılaraq silahı yerə qoymasından sonra təşkilat digər ölkələrdə genişlənməsi qərarlarını açıqlamağa davam edir.

PKK-nın İran qanadı olan PJAK təşkilatı tərksilah etməyəcəyini və ləğv etməyəcəyini açıqlayıb. PJAK həmsədri Əmir Kərimi “PKK-nın qərarı bizə aid deyil” deyib.

PKK-nın silahlı mübarizəni dayandırmaq və özünü dağıtmaq qərarından sonra bütün gözlər İranda yerləşən kürd qruplaşmalarına çevrilib.

PKK-nın İran qolu Azad Həyat Partiyası (PJAK) təşkilatı tərksilah və ya ləğv etməyəcəyini açıqlayıb. PJAK-ın həmsədri Əmir Kərimi İsveçdə yerləşən Aryen TV-yə deyib ki, “PJAK olaraq biz nə silahlarımızı yerə qoyuruq, nə də özümüzü məhv edirik”.