Azərbaycanlı zəvvarların bir qrupu bu gün Hacc ziyarətinə yola düşəcək.
Bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Hacca gedəcək.
Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Hacc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Hacc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.
Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Hacc ziyarətinə yola düşəcək