Suriya lideri Əhməd Əl-Şəraa və Avropa Şurasının rəhbəri Antoniu Koşta arasında telefon danışığı baş tutub.
Bu barədə "SANA" agentliyi məlumat yayıb.
Söhbət zamanı Aİ-nin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi məsələsi müzakirə olunub.
Əl-Şəraa Aİ rəhbərliyinə və üzv dövlətlərə sanksiyaların aradan qaldırılması ilə bağlı qəbul etdikləri qərara görə təşəkkür edib və bu addımı "ölkənin daha sabit gələcəyə doğru irəliləməsinə təkan verəcək tarixi qərar" adlandırıb.
O, beynəlxalq ictimaiyyətin bu mərhələdə Suriyaya dəstəyinin vacibliyini vurğulayıb.Bununla yanaşı, Əl-Şəraa bildirib ki, İsrailin müdaxiləsi Suriyaya təsir göstərməkdə davam edir.
Onun sözlərinə görə, bu müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqının dəstəyi zəruridir.
Əl-Şəraa: İsrail müdaxiləsinin dayandırılması üçün Suriyanın Aİ-nin dəstəyinə ehtiyacı var