BRİKS “Yeni İnkişaf Bankı” Əlcəzairi üzv kimi qəbul edir

BRİKS-in Yeni İnkişaf Bankı Əlcəzairi rəsmi olaraq yeni üzv ölkə kimi qəbul edib.

BRİKS üzvləri tərəfindən yaradılan Yeni İnkişaf Bankı (NDB) Əlcəzairi rəsmi olaraq yeni üzv dövlət kimi qəbul edib.

Bankın mətbuat xidmətindən verilən açıqlamada “Yeni İnkişaf Bankı Əlcəzairi rəsmi olaraq yeni üzv dövlət kimi qəbul etdi” cümləsi yer alıb.

Mətbuat Xidmətindən verilən açıqlamada həmçinin Yeni İnkişaf Bankının prezidenti Dilma Rusefin sözlərinə istinad edilib ki, “Əlcəzair təkcə Şimali Afrika iqtisadiyyatında deyil, həm də qlobal səviyyədə mühüm rol oynayır və Yeni İnkişaf Bankının beynəlxalq maliyyə arenasında mövqelərinin möhkəmlənməsinə mütləq töhfə verəcək”.

BRİKS çərçivəsində Yeni İnkişaf Bankının yaradılması ilə bağlı siyasi qərar 2013-cü ildə Cənubi Afrikanın Durban şəhərində keçirilən sammitdə qəbul edilib. Bankla bağlı saziş 2014-cü ildə Braziliyanın Fortaleza şəhərində keçirilən növbəti sammitdə imzalanıb. Bank rəsmi olaraq 7 iyul 2015-ci ildə Moskvada keçirilən Rəhbərlər Şurasının ilk iclasında fəaliyyətə başlayıb.

Qurumun əsas məqsədi BRİKS üzvü olan və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir.