Məddah Seyid Taleh Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verib

Məddah Seyid Taleh Boradigahi (Əsədov) Turan partiyasının sədri Cahandar Bayoğlunu (İsmayılov) məhkəməyə verib. Buna səbəb Bayoğlunun Seyid Talehin ünvanına təhqid və böhtan söyləməsi olub.

Ümumilikdə Bayoğlunun “Turan sevdasi” şiə əqidəsini hədəfə alaraq çox zaman bu tip aşağılayıcı ifadələr söyləməsi yeni hal deyil. Sosial platformalar üzərindən paylaşım edən Bayoğlu İranı hədəfə alırmış kimi fikirlər söyləməyə çalışsa da, həqiqətdə çıxışları şiə əqidəsinə yönəli aşağılayıcı sözlərlə əhatələnmiş formadadır.

Son dövürlər bu tip çıxışlar arasında Seyid Taleh Boradigahi də yer almaqdadır. Məddah hüquqi müstəvidə şikayət edərək Cahandar Bayoğluya cinayət məcəlləsinin 147 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələri ilə məhkəmə davası açıb.

İşə Nəsimi Rayon Məhkəməsi baxacaq. Məhkəmə mayın 23-ü tarixinə təyin edilib.