Prezident Rəisinin və onunla birlikdə olanların şəhadətinin birinci ildönümündə İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində hökumətin üç orqanının başçıları, nizamın rəsmiləri, bir qrup şəhid ailəsi və ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə xidmət şəhidlərinin anım mərasimi keçirilib.
Ayətullah Xameneinin bu görüşdəki çıxışının ən mühüm məqamları bunlardır:
Prezidentlikdə ilk müsahibəsində müxbir Şəhid Rəisidən "Amerika ilə danışıqlar aparacaqsınızmı?" - deyə soruşduqda, açıq-aydın dedi: “Xeyr!” Heç bir qeyri-müəyyənlik olmadan; Və danışıqlar aparmadı. Düşmənə imkan vermədi ki, "mən İranı hədə-qorxu ilə, şirnikləndirməklə, hiylə ilə danışıqlar masasına gətirə bilmişəm" deyə bilsin. O buna imkan vermədi.
Bu səbəbdən tərəflər birbaşa danışıqlarda israrlıdırlar. Bunun əsas hissəsi budur; O, icazə vermədi. Təbii ki, dolayısı ilə danışıqlar olub, onun dövründə olduğu kimi, indiki kimi, təbii ki, nəticəsi olmayıb. İndi də bunun nəticə verəyəcəyini düşünmürük. Nə olacağını bilmirik.
Danışıqlardan söz düşmüşkən, qarşı tərəfə bir xatırlatmam var. Bu dolayı dialoqda iştirak edən Amerika tərəfi söhbət etməli, danışıqlar aparmalıdır və boş-boş danışmamağa çalışmalıdır.
"İrana uranı zənginləşdirməyə imkan verməyəcəyik" demək böyük səhvdir. Heç kim bu və ya digərindən icazə gözləmir. İslam Respublikasının siyasəti var, metodu var, öz siyasətini həyata keçirir.
Təbii ki, başqa bir məqamda İran xalqına "bunların niyə uranın zənginləşdirilməsinə söykəndiklərini, Qərb və Amerika tərəflərinin və digərlərinin niyə bu qədər təkidlə İranda uranın zənginləşdirilməsinin ləğv edilməli olduğunu israrla istədiklərini" izah edəcəyəm. Bunları inşallah başqa bir gündə açacağam ki, İran xalqı qarşı tərəfin niyyətinin nə olduğunu bilsin.
Şəhid Rəisi inqilabın qalib gəldiyi 1979-cu ildə 18 yaşlı gənc idi. Şəhid Ali-Haşim 16 yaşlı yeniyetmə idi. Şəhid Əmir Abdullahiyan 14 yaşlı oğlan idi. İnqilabın əvvəlində Şəhid Malik Rəhməti dünyaya gəlməmişdi.پ
Bunlar inqilabın övladlarıdır, bunlar inqilabın yetirmələridir: Məşhədli Şəhid Rəisi, Təbrizli Ali-Haşim, Marağadan Rəhməti, Damğanlı Əmir Abdullahiyan, İsfahanın Firidunşəhrindən Musəvi, Qonbəd Qabusdan Mustəfəvi, Nəcəfabaddan Dəryanuş, Əbhərdən Qədimi. Bu ölkənin hər tərəfindən bu gənclər ayaq açıb böyüdülər.
İslam İnqilabı yüz minlərlə belə gənci yetişdirə bildi və yetişdirdi və onların arasında İran xalqına görkəmli beynəlxalq şəxsiyyətlər və görkəmli milli şəxsiyyətlər bəxş etdi. Bu, inqilabın işidir, inqilabın gücüdür.
Ayətullah Xamenei: İran uranı zənginləşdirmək üçün heç kimin icazəsini gözləməyəcək
İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei deyib: "İranın uranı zənginləşdirməsinə icazə verməyəcəyik demək, böyük səhvdir. Heç kim bu və ya digərinin icazəsini gözləmir. İslam Respublikasının siyasəti var, metodu var, öz siyasətini yürüdür.